“Breyn-rinq” yarışı təşkil olundu

  Məktəbin 9-cu sinif şagirdlərinin  intellektual bilik səviyyəsinin yoxlanması məqsədi ilə, “Breyn-rinq”  bilik yarışması təşkil olundu. Şagirdlər arasında  yarışmanı məktəbdə fəaliyyət göstərən, bütün şagirdlərin sevimli dostuna çevrilən məktəblinin dostları – Firuzə Hümbətova, Şamxal Məmmədyarov və Samir Səlimli tərəfindən təşkil olundu. Tədbirdə şagirdlər verilən sualları maraqla cavablandırdılar. Yarış zamanı göstərdikləri fəallığa görə 9”E” sinif şagirdləri xüsusilə fərqlənərək birincilik əldə etdilər. Qalib komanda “Təşəkkürnamə” ilə təltif edildi. Məktəbin direktor əvəzi Lətifə Cəlilova göstərdiklər təşəbbüsə görə məktəblinin dostlarına öz təşəkkürünü bildirdi və şagirdlərə daha böyük uğurlar arzu etdi.

Sonda Lətifə Cəlilova qalib komanda ilə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi