"18 oktyabr -Müstəqillik günüdür"

18 oktyabr 2016-cı il tarixdə Binəqədi rayon E.Sultanov adına 217 nömrəli tam orta məktəbin akt zalında 18 oktyabr – Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibəti ilə tədbir keçirildi. Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə məktəbin direktoru Cəfərova Bənövşə Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Tarix müəllimləri Zaur Qarayev, Kamran Qədimov və informatika müəllimi Səadət Ədilova öz çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Sonra tədbir şagirdlərin iştirakı ilə bir-birindən maraqlı musiqi , şeir kompozisiyalarla və bayram konserti ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi