Beynəlxalq Ana -Dili günü qeyd olundu

Bu gün məktəbdə ayrı-ayrı siniflər tərəfindən Beynəlxalq Ana-dili günü münasibəti ilə əlaqədar tədbirlər təşkil olundu. Məktəbin müəllumi Ülviyyə Dünyamalıyevanın 1"Ç" sinif şagirdləri ilə təşkil etdiyi tədbir xüsusi marağa səbəb oldu. Tədbiri Ü.Dünyamalıyeva açıq elan edərək, müqəddəs ana-dilimizin tarixindən söhbət açdı. Ulu Dədə Qorqudun ana dilimizi sevməyimizi tövsiyyə etməyindən, dilimizin zəngin tarixindən ətraflı məlumat verdi. Tədbirdə şagirdlərin ifasında musiqi, şeir, laylalar təqdim olundu. Sarı gəlin rəqsi balaca fidanların ifasında təqdim edildi. Sonda dilimizin zənginliyi haqqında ədiblərin kəlamları səslənərək, video-çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi