20 Yanvar-Azadlığa gedən yolun zirvəsi

Bu gün məktəbdə xalqımızın qan yaddaşına çevrilən 20 yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə müxtəlif adda tədbirlər keçirildi. Məktəbin direktor əvəzi Lətifə Cəlilovanın rəhbərliyi ilə "20 Yanvar-Azadığa gedən yolun zirvəsi" adlı dəyirmi masa təşkil olundu. Əvvəlcə soyqırım nəticəsində dəhşətli hadisənin qurbanları bir dəqiqəlik sükutla yad edildi. Məktəbin dil-ədəbiyyat müəllimi Şəmsəddin Babayev, tarix müəllimi Kamran Qədimov hadisə ilə bağlı çıxışlar etdilər. Direktor əvəzi Lətifə Cəlilova çıxış edərək bildirdi ki, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarı ilə bizdən uzaqlaşsa da, sanki dünən baş verib. 20 yanvar sınağı Azərbaycanlıların qəlbindən heç vaxt silinməyəcək və bu gün əldə etdiyimiz qələbə üçün şəhidlərimizə borcluyuq.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi