31-dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü tədbiri

Məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Nağıyevanın təşkilatçılığı ilə 6-cı sinif şagirdlərinin hazırladığı  “Dünya Azərbaycanlılarının həmrəylik günü” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər mövzu ilə əlaqədar təqdimatlar nümayiş etdirdilər. 31 Dekabr artıq 26 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu kimi məlumatlar təqdimatda yer almışdır.Şagirdlər ətraflı çıxışlar edərək dünya azərbaycanlılarının həmrəyliyindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi