"Şəhidlər unudulmur" adlı sinif təşkilat saatı keçirildi

Bu gün məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Abbasova 9"A" sinif şagirdləri ilə "Şəhidlər unudulmur" adlı sinif təşkilat saatı təşkil etdi. Şagirdlərə şəhidlərimiz haqqında bir daha ətraflı məlumat verən fənn müəllimi, onların fikirlərini də hörmətlə dinlədi. Şagirdlər, ayrı-ayrı igid qəhrəmanlarımız haqqında məlumatlar bildirdilər. Şəhidlər qəlbimizdə əbədi yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.