Ulu Öndərimizin anım günü tədbiri keçirildi

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər işritak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi Lətifə Cəlilova açaraq, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi əvəzolunmaz xidmətlərindən danışdı. Sonra məktəbin Təşkilat işləri üzrə direktor müavini Zərifə Yusifova, tarix müəllimlərindən Kamran Qədimov, Gülxanım Hüsiyeva çıxış edərək, böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər. Çıxış edənlər Heydər Əliyev şəxsiyyəti və Azərbaycan birliyindən, Ulu öndərin Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardığı yollardan söhbət açdılar. Sonda dahi şəxsiyyətin ruhu hörmət və məhəbbətlə anılaraq, bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi