Fənn olimpiadalarının məktəb turu keçirildi

30 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində, eləcə də Bakı şəhər 217 nömrəli tam orta məktəbdə 8-11-ci sinif şagirdləri arasında fənn olimpiadalarının ( Azərbaycan dili və ədəbiyyatı,Riyaziyyat, Kimya, Biologiya ,Fizika, Coğrafiya, Tarix) məktəb turu təşkil olundu.
Şagirdlər məktəbə daxil olarkən, sanitar epidemioloji qaydalara əməl edərək onların hərarəti yoxlanıldı, sonra isə sinif otaqlarına buraxıldılar. Sinif otaqlarında nəzarətçi müəllimlər şagirdlərə olimpiada suallarını sərbəst işləməsi üçün şəraiti yaratdılar.
Məktəb rəhbərliyinin nəzarəti ilə olimpiada təşkil edildi və qaydalara əməl olaraq sona yetdi.
Şagirdlərimizə uğurlar arzu edir, növbəti mərhələlərdə xoş sədalarını gözləyirik!