Dəyirmi masa təşkil edildi

Bu gün məktəbin 2018-ci ildə məzunu olmuş, şəhid Cavid Paşazadənin anım günü münasibətilə dəyirmi masa təşkil olundu. Məktəbin direktor əvəzi Lətifə Cəlilovanın iştirakı və rəhbərliyi ilə Cavidə dərs demiş müəllimlər, sinif rəhbəri, onunla bağlı xatirələrini bölüşdülər. Direktor əvəzi Lətifə Cəlilova çıxış edərək, şəhidlərimizin ölməzliyindən, qəlbimizə əbədi həkk olunmaları haqqında söhbət açdı, məktəbdə şəhidlərimizin adının əbədiləşdirilməsi üçün öz təkliflərini irəli sürdü. Tarix müəllimlərindən Zaur Qarayev və Kamran Qədimov şəhidlə bağlı çıxış etdilər. Cavidin sinif rəhbəri olmuş Zümrüd Məmmədova şəhidimizin vətənpərvərliyindən, müəllimlərinə və yoldaşlarına qarşı diqqətindən danışdı. Sonda şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi