27 sentyabr-Anım günü

Məktəbin kollektivi 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə xatırlayaraq, fəxrlə yad edirlər. Bütün kollektiv Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 27 sentyabrda Qarabağda başladığı, uğurlu əks həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi zəfərə imza atmasını qürurla qeyd etdilər. Anım günü məktəbin rəhbərliyi tərəfindən şəhid ailələri ilə görüş təşkil olunaraq, məktəbin şagirdi olmuş şəhid Cavid Paşazadənin məzarı üzərinə əklil qoyulmuşdur. Məktəbin direktoru başda olmaqla, müəllim heyəti şagirdlərə bu günü qürurla xatırladıqlarını bildirərək, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidləri hörmətlə anırıq, bu qələbəni bizə bəxş edən qəhrəman oğullarımız, qürur mənbəyimizdir!.