“Yay məktəbi”ndə dərslər təşkil olunur

Pandemiya şəraitində aparılan onlayn dərslərdə yaranan çətinlikləri aradan qaldırmaq üçün “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər.
“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. Şagirdlər bu dərslərə maraqla iştirak edirlər. Fənn müəllimləri İradə Mustafayeva, Səadət Ədilova, Təranə Umudova, Şərafət Məmmədova, Ulya Abdullayeva şagirdlərin dərsə böyük həvəsindən və öyrəmə marağından söhbət açdılar. Bu gün məktəbin şagirdləri riyaziyyat, az-dili, rəqəmsal bacarıqlar, tarix fənləri üzrə biliklərini möhkəmləndirməyə nail oldular.
Şagirdlərimizə uğurlar arzu edirik!