Zəfər soraqlı “Son zəng”

Bu il orta məktəbi bitirən XI sinif şagirdləri qalib Azərbaycanın vətənpərvər övladlarıdır. Zəfər qazanmış bir ölkənin gələcəyi üçün şərəfli addımların atılmasında bu günki gəncliyimizin əvəzolunmaz xidmətləri olacaqdır.
Göstərilən qaydalara tam uyğun olaraq, məktəbdə “Son zəng” tədbiri baş tutdu. Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova, sinif rəhbərləri çıxış edərək, şagirdlərə xoş arzularını bildirdilər.
Zəfər soraqlı məzun ilinizdə hər birinizə uğurlar diləyirik, əziz onbirincilər!