“Heydər Əliyevi məhəbbətlə anırıq”- virtual dərs”

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər davam edir. Ulu Öndərimizin dogma vətənimiz, Azərbaycan xalqı üçün göstərdiyi əvəzolunmaz xidmətləri heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Bu sevgi nəsildən-nəsilə ötrülərək heç vaxt unudulmayacaq.
Məktəbin ingilis-dili müəllimi Aidə İsgəndərova sinif rəhbəri olduğu 5”Ə” sinif şagirdləri ilə virtual olaraq, açıq dərs təşkil etdi. Şagirdlər dərsdə xüsusi fəallıq göstərdilər və ümumilli lider haqqında hazırladıqları təqdimatlar haqqında danışdılar. Fənn müəllimi Aidə İsgəndərovanın şagirdlərə xarici dili sevməyin vacibliyini aşılamağın nəticəsidir ki, şagirdlər öz təqdimatlarını ingilis-dilində çox doğru tərtib etmişdirlər.Bundan əlavə dərsin giriş hissəsində müəllim Heydər Əliyevin vətənə, xalqa sevgisinin sonsuz olması, onun uşaqları, məktəbliləri necə çox sevdiyi haqqında şagirdlərə məlumat verdi. Şagird təqdimatları səliqəli, məzmunlu və maraqlı idi. Dərsin virtual məktəb platforması üzərindən aparılmasına baxmayaraq, dərsdə böyük canlanma hiss olunurdu. Bunu Ulu Öndərə böyük sevginin təcəssümü kimi dəyərləndirmək olar. Çünki onlar “Heydər baba” sevgisi ilə böyüyüblər,onun şərəfli yolunun layiqli davamçılarıdırlar. Sonda şagirdlər Ulu Öndərə məhəbbət rəmzi olaraq, daha yaxşı oxuyacaqlarını bildirdilər. Heydər Əliyev davamçılarına gələcək təhsillərində böyük nailiyyətlər arzu edirik! Əvəzolunmaz liderimiz Heydər Əliyevin əziz xatirəsi həmişə sevgi ilə yad ediləcək və qəlbimizdə daima yaşayacaq!