Məktəbəhazırlıq qrupları üzrə işin təşkili

Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhatə edən mühitlə əlaqədardır. Yaxşı mühitə düşən uşaq istər -istəməz normal olaraq formalaşır.

Bütün dünyada olduğu kimi ölkəmizdə də məktəbəqədər təhsil geniş yayılmışdır. Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlıqlarını və digər məsələləri özündə birləşdirir. Bir sıra dərsliklərdən, o cümlədən kiçik yaşlı uşaqlara uyğun plakatlardan, müxtəlif şəkilli kitablardan və digər  əyani vəsaitlərdən  istifadə etməklə müxtəlif dərslər keçirilir. Məktəbəqədər təhsil uşaqların istər  intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Məktəbimizdə təşkil olunan, məktəbəhazırlıq qruplarında məktəbə həvəslə gələn şagirdlərlə öyrədici-həvəsləndirici tədbirlər və dərslər davam edir. Məktəbin ibtidai sinif müəllimi Ülviyyə Dünyamalıyeva kiçik yaxşlı uşaqlara böyük diqqət ayırır, onlarla yüksək səviyyədə öyrədici dərslərini təşkil edir. Məktəbəqədər yaşda olan uşaqların məktəbə, vətənə, anaya, bu cür sevgi ilə böyümələri sevindirici haldır. Musiqi dərsləri, professional tədris vəsaitləri, rəsm çəkilişləri, ingilis dilinin şəkillərlə mənimsənilməsi sizin övladlarınızın gələcəkdə daha yetkin biliyə malik olaraq məktəbə getməsi və həmin tədris mərkəzində başqalarından seçilməsi onun gələcəkdə parlaq böyüməsinin nəticəsi olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi