Fizika fənnindən "Bilik yarışması”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər böyük hörmət və ehtiramla təşkil olunur. Ulu Öndərimizin vətənimiz, xalqımız üçün göstərdiyi əvəzsiz xidmətləri heç vaxt unudulmayacaq. Bu məqsədlə məktəbin şagirdləri ilə virtual olaraq, müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu gün keçirilən “Bilik yarışması” oldu. Bilik yarışması virtual məktəb platforması üzərindən, məktəbin fizika müəllimi Zülfiyyə Ələsova tərəfindən təşkil olundu. “Bilik yarışmasında məktəbin 7”A” və 7”B” sinif şagirdləri iştirak edirdi. Mövzu “Ulu Öndərimiz Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş fizika fənnindən bilik yarışması” olduğuna görə şagirdlər daha fəal və sevinclə biliklərini nümayiş etdirirdilər. Onlar qruplara ayrılaraq, hər qrup öz sualını verir və digər qrup isə cavablandırırdı. Şagirdlər arasında dostluq görüçü uğurla aparıldı.Onlar bilirdi ki, Ulu Öndər şagirdlərin təhsilinə həmişə diqqətlə yanaşmışdır, onların yüksək nəticələrinə sevinmişdir. Fənn müəllimi, yarışmanın təşkilatçısı Zülfiyyə Ələsova bildirdi ki, şagirdlər dahi liderimizi çox sevdiklərindən bu günki yarışmada daha fəal olaraq, yeni, maraqlı fikirlər nümayiş etdirdilər.
Şagirdlərimizə bu uğurlu yolda böyük nailiyyətlər arzu edirik! Əvəzolunmaz liderimiz Heydər Əliyevin əziz xatirəsi həmişə sevgi ilə yad ediləcək və qəlbimizdə daima yaşayacaq!