“Xocalı soyqırımını unutmadıq!”

     “Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünün" keçirilməsi ilə əlaqədar ilk dərslər Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmişdir. Bu gün şagirdlərlə  "Xocalı Soyqırımını heç vaxt unutmayacağıq!" adlı tədbir keçirildi. Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə  Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər tərəfindən hazırlanmış  Xocalı Soyqırımına həsr edilmiş videoçarxlar təqdim edilidi, şeirlər səsləndirildi. Xocalı hadisəsini özündə əks etdirən təqdimatlar nümayiş olundu. Xalqımız  Xocalı faciəsini heç vaxt unutmadı, unutmayır və heç vaxt unutmayacaqdır! Mənfur düşmənin bəd əməllərini məktəb yaşlı şagirdlər öz təqdimatlarında, ifa etdikləri musiqi və ya şeir nümunələrində tərənnüm edirlər. Tariximiz yaddaşımızdır, onu unutmayaraq, gələcək nəsillərə  öyrətmək hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi