20 yanvar-Qan yaddaşımızdır

Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli əmrini rəhbər tutaraq məktəb pedaqoji heyəti şagirdlərlə müxtəlif mövzularda 20 yanvar faciəsini anım məqsədilə onlayn görüşlər təşkil edilmiş, bu günün xalqımızın həyatında necə ağrı-acı ilə əks olunduğu bir daha vurğulanmışdır. Bundan başqa valideynlərlə də görüşlər təşkil olunaraq, şagirdlərin unudulmayacaq tariximiz haqqında hazırladıqları təqdimatlar, videolar haqqında məlumatlar verilərək, müzakirələr edilmişdir. İlk dərs saatlarında bu gün haqqında şagirdlərlə söhbət aparılmışdır. Məktəb rəhbərliyi müxtəlif siniflərdə dərs dinləmələrdə iştirak edərək, şagirdləri dinləmiş, 20-yanvar faciəsi haqqında fikirlərini bildirmişdir.