Peşəkarlıq fəaliyyətinin artırılması yeni bir uğurdur

  Müəllimlərin peşəkarlıq fəaliyyətinin artırılması məqsədi ilə, onlar yeni layihələrə qoşularaq, əldə etdikləri yenilikləri şagirdləri ilə bölüşürlər. Məktəbin ibtidai sinif müəllimi Ülviyyə Dünyamalıyeva öz məktəbəqədər yaşda olan şagirdləri ilə “İnteraktiv əlifba-rəqəmsal bacarıqlar” layihəsini tətbiq edir. Bu layihənin kiçik yaşlı məktəblilər üçün öyrədici, maraqlı olduğunu xüsusilə vurğulayır.

Distant təhsil müddətində bu layihə şagirdlər tərəfindən çox böyük həvəslə yerinə yetirilir. Tapşırıqlar bacarıqları aşkar edir, təlimdə əyanilik yaranır, azyaşlı şagirdlərdə düşünmə, sərbəst fikir mübadiləsi kimi faydalı hallar baş verir. Tapşırıqların  həllində resursların düşündürücü olması şagird fəallığına yol açır. Dərsin təşkili zamanı musiqi, video formatında hazırlanmış resurslar, uşaqlar tərəfindən böyük maraqla izlənərək, onlarda dərslərə stimul yaradır.

Şagirdlərini çox sevən, onlarla böyük həvəslə çalışan Ülviyyə müəlliməyə şərəfli yolunda uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi