Onlar qürur mənbəyimizdir! Minamyotçu-döyüşçü Elşən Sultanov

  Elşən Rafiq oğlu Sultanov 28 mart 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Binəqədi rayonu, E.Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdır. Orta məktəbi bitirən zaman- 2014 cü ildə Qərb Universitetinə  “Maliyyə” ixtisası üzrə qəbul olmuşdur.Təhsilini uğurla başa vurduqdan sonra 15.10.2018-ci ildə həqiqi xidmətə çağrılmışdır. N saylı hərbi hissənin əlahiddə minaatan batareyanın idarəetmə taqımın məsafəölçən vəzifəsində xidmət etmişdir. Nümunəvi xasiyyətnamə ilə 8.10.2019-cu ildə  ehtiyyata buraxılmışdır. Elşənin əmisi I Qarabağ müharibəsində yaralanaraq, qazi qadını almışdır. Şərəflə adını daşıdığı əmisi Elşən Məmməd  oğlu Sultanov I Qarabağ döyüşlərində şəhid olmuşdur.Vətənpərvər ruhda böyümüş Elşən hərbidə xidmət etmək, yarımçıq qalmış arzuları tamamlamaq istəyir.Buna görə də 2020-ci il avqustun 25-də Dövlət Sərhəd xidmətlərində işə düzəlir. 2020-ci il sentyabrın 27-də müharibənin başlanması və Elşənin ürəyində olan vətən sevgisi onun yolunu dəyişir. Elşən də yoldaşları ilə bərabər bu döyüşlərə qoşulur. Onun ilk döyüşləri Xocavənd, Zəngilan, Füzuli istiqamətlərində başlayır. Elşən hazırda Füzuli rayonunda xidmətini uğurla davam etdirir.

Cənab Ali baş komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “ Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Elşən əmisinin və digər şəhidlərimizin qanının yerdə qalmamağına görə çox sevinclidir. Azad olmuş torpaqlarımızda xidmət etmək onun ən böyük arzusu idi.

Vətənin qəhrəman oğlu, məktəbimizin məzunu ilə qürur duyuruq, fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi