Sağlam, psixoloji mühitin təşkili

 Sağlam və psixoloji mühitin təşkili istiqamətində  şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə, onlarla tez-tez söhbətlər aparılır. Məktəbin fəxri olan şagirdlər,bu gün öz mərdliyi ilə vətən keşiyində olan qəhrəmanlarımız haqqında söhbətlər təşkil olunur.Bütün bunlar böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində, onların sağlam ruhda böyüməsi üçün zəmin yaradır. Bu cür şagirdlərdən biri- hazırda hərbi həkim kimi fəaliyyət göstərən Emin Həsənov haqqında söhbət  də şagirdlərin ruhunda vətənə, anaya böyük sevgi yaradır.

Məktəbimizin məzunu Emil Həsənov Azərbycan Tibb Universitetinində təhsilini uğurla başa vurduqdan sonra, N saylı hərbi hissənin hospitalında həkim kimi fəaliyyətə başlamışdır. Üç  il işlədikdən sonra təhsilini Türkiyədə Gülhanə  Hərbi Akademiyasıda  davam etdirmişdir. II Qarabağ müharibəsi başladıqda Emilin həyatında da yeni bir səhifə açılır. Bu qəhrəmanlıq səhifəsində, onun da öz imzası vardır. Emil Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Şuşa və ətraf kəndlərin alınmasında əsgərlərimizlə birlikdə  ön cəbhədə düşmənlə üz-üzə gəlib.Vətənin qəhrəman oğulları addım-addım irəliləyib, torpaqlarımızı yağı düşməndən azad ediblər. Onun xidməti sayəsində onlarla əsgərimiz bu gün həyatdadır. Hərbi həkimlərimizin zəhməti, qəhrəmanlığı danılmazdır. Emil hal-hazırda Laçın rayonundadır. Yenə də əsgərlərimizlə çiyin-çiyinə öz xidmətini davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi