Əfsanəvi partizan- Əhmədiyyə Cəbrayılovu anırıq!

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı məktəbin 9-cu sinif şagirdləri arasında onlayn müsabiqə təşkil edildi. Bu müsabiqədə məktəbin tarix müəllimi Gülxanım Hüsiyevanın rəhbərlik etdiyi 9”D” sinif şagirdləri xüsusilə fəallıq göstərdilər. Müsabiqədə şagirdlər Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında məlumatlar hazırlayıb təqdim etdilər. Hazırlanmış təqdimatlar şagirdlərin, qəhrəmanlığa, vətənpərvərlik hisslərinə, xalqa məhəbbət və sevginin aşılanmasına köklənmişdir. Şagirdlər hazırladıqları təqdimatlarda qəhrəmanın keçdiyi rəşadətli həyat yolundan danışmış, onun şücaətini vərəq üzərində canlandırmağa çalışmışlar.