Virtual məktəbdə növbəti görüş

Bu gün məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlərin dərsə davamiyyətinə nəzarətin təşkili ,xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili mövzusunda onlayn iclas keçirildi. Məktəbin direktoru Bənövşə Cəfərova çıxış edərək müəllim kollektivini ölkəmizin qazandığı böyük qələbə münasibəti ilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali BaşKomandan cənab İlham Əliyevin vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənnlərin məzmununa uyğun şəkildə inteqrasiyası təmin olunmalıdır.Bu mövzuda müəllimlərə tapşırıqlar verildi. Məktəbin Təşkilatşı direktor müavini Zərifə Yusifova çıxış edərək, sinif rəhbərlərinə bəzi təlimatlar verdi. Dərsə davamiyyətin gücləndirilməsi, xüsusi istedadı olan şagirdlərə qarşı daha diqqətli olunması haqqında söhbət apardı.
Sonra məktəbi 2018-ci ildə bitirmiş, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şagirdimiz, şəhid Paşazadə Cavid Telman oğlunun əziz xatirəsi yad edildi, onun şəklinin məktəbdə divar lövhəsinin asılması haqqında söhbət aparıldı.