Şagirdlərimizin növbəti uğuru

Purple Comet! Mafh Meet— 2003-cü ildən bəri hər il keçirilən beynəlxalq komanda riyaziyyat olimpiadasıdır. Bu il 53 ölkədən 2505 komanda (Azərbaycandan 67 komanda) yarışmada iştirak edirdi. Bu elm yarışmasına məktəbimizin iki komandası qoşuldu və şagirdlərimiz III yerlə nəticələndi. Bu münasibətlə məktəbin direktoru Bənövşə Cəfərova və komandanın rəhbəri- riyaziyyat müəllimi Təranə Umudova “Sertifikat”la təltif olundu. İstedadlı şagirdlərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində olimpiadalar müstəsna rol oynayır. Əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq, özünə inam hissini gücləndirmək, istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək və onların potensial imkanlarını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirməkdən ibarətdir.
Şagirdlərimiz indi daha böyük həvəslə və inamla çalışaraq növbəti illərdə birincilik qazanacaqlarını vurğulayırlar.Bunun üçün daha da böyük əzmlə çalışacaqlarını bildirdilər.Şağirdlərimizi təbrik edir, zəhməti keçən hər bir müəllimə təşəkkür edərək,daha böyük uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi