Növbəti videokonfrans təşkil olundu

Bu gün məktəb rəhbərliyi ilə, pedaqoji heyətin növbəti videokonfransı keçirildi. Bu dəfəki videokonfransın keçirilməsində əsas məqsəd məktəbin müəllim kollektivinin, virtual məktəb layihəsində aparılan yeni işlər haqqında fikir mübadiləsi aparmaqdan ibarət idi. Ayrı-ayrı fənn müəllimləri virtual məktəb layihəsində apardıqları işlərlə bağlı rəhbərliyə məlumatlar verdilər. Məktəbin direktor müavini L.Cəlilova çıxış edərək bəzi çətinliklərlə üzləşən müəllimlərə istiqamətlər verərərək bəzi tövsiyyələrini və tapşırıqlarını bildirdi. Bundan başqa VİRTUAL məktəb layihəsində məktəb heyətinin fəal iştirak etməsi, sinif rəhbərlərinin onlayn şəraitdə şagirdlərin qeydiyyatını nəzarətdə saxlanılması və rəhbərliyə məlumat verilməsi mövzusu da əsas olaraq müzakirə olundu.Sonda həmçinin sinif rəhbərlərinə valideynlərlə sıx əlaqə saxlamaq, onlara Teledərslər və VİRTUAL məktəb layihəsi haqqında məlumatlandırmaq tövsiyyə olundu.