Videokonfrans təşkil olundu

Bu gün məktəbin rəhbərliyi və təşkilatçılığı ilə məktəb pedaqoji kollektivinin videokonfransı keçirildi. Videokonfransa məktəbin direktoru B.Cəfərova rəhbərlik etməklə müəllimlərə nəzərdə tutulmuş məsələlər haqqında məlumat verdi. VİRTUAL məktəb layihəsində məktəb heyətinin fəal iştirak etməsi, sinif rəhbərlərinin onlayn şəraitdə şagirdlərin qeydiyyatını nəzarətdə saxlanılması və rəhbərliyə məlumat verilməsi mövzusunda söhbər aparıldı. Həmçinin sinif rəhbərlərinə valideynlərlə sıx əlaqə saxlamaq, onlara Teledərslər və VİRTUAL məktəb layihəsi haqqında məlumatlandırmaq tövsiyyə olundu. Məktəbin Təlim-Tərbiyə işləri üzrə direktor müavini Lətifə Cəlilova IX sinif şagirdlərinin buraxılış nəticələri haqqında məktəb direktoruna və pedaqoji heyətə bir daha məlumat verərək, ötən illə müqayisədə xeyli uğurlar əldə edildiyini açıqladı. Videokonfransda ayrı-ayrı fənn müəllimləri çıxış edərək görüləcək işləri müzakirə etdilər.