"Ağıllı büdcə" layihəsi üzrə uğurlu təqdimat

  Məktəbimizin şagirdləri Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi maliyyə savadlılığı üzrə bilik və bacarıqların artırılması məqsədilə "Ağıllı büdcə" layihəsinin "Poster yarışı"nda iştirak etmişlər. Şagirdlərimiz "Pul və əmək" bölməsi üzrə fəallıqla çıxış etmiş, sualları düzgün cavablandıraraq, təşkilatçıların diqqətindən yayınmamışlar. Məktəb üzrə layihənin təşkilatçı-rəhbəri məktəbin tarix müəllimi Gülxanım Hüsiyevanın şagirdlərə diqqəti və düzgün istiqaməti nəticəsində şagirdlər uğurla çıxış etmişlər. Nəticədə şagirdlərimiz birinci yerə layiq görülmüşlər. Uğurlu nəticələrə görə təşkilatçı müəllim G.Hüsiyevaya və şagirdlərimizi kollektivimiz adından təbrik edir, daha böyük nailiyyətlər arzu edirik!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi