“Azərbaycan millətinin birlik şüarı”

31 dekabr-Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri-Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolu kimi” adı altında tədbir keçirildi.Tədbirdə bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rolu haqqında söhbət açıldı.Tədbir məktəbin müəllimi Higar Hüseynovanın təşkilatçılığı ilə baş tutdu. Şagirdlərin ifasında maraqlı səhnəciklər, mahnı və şeir nümunələri təqdim olundu.