“Valideynin məktəbdə bir günü” layihəsi

  Məktəb rəhbərliyinin iştirakı ilə “Valideynin məktəbdə bir günü” layihəsi üzrə valideynlərlə növbəti görüş keçirildi.Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət yaradılmasıdır.

  Açılış saat 13.00-16.00 aralığında keçirildi və valideynlər məktəb ilə əyani tanış oldular. Onlar məktəbin kitabxanası, kimya, fizika kabinetlər ilə, həmçinin sinif otaqları ilə tanış oldular. Daha sonra valideynlər övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi