Hərbi komandamızın daha bir qələbəsi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hərbi idman bayramına start verilib.

  Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla, gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

  İyunun 1-də məktəbdə keçirilən hərbi idman bayramında  məktəbimizin hərbi komandası, 220, 251, 70  nömrəli məktəblərin komandaları I yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.

   Yarışda Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, müavin Züleyxa Ələkbərova və digər əməkdaşlar, həmçinin iştirak edən məktəblərin hərbi və idman müəllimləri iştirak edirdilər. 

   Yarışda məktəbi təmsil edən  “Şahinlər” komandası I yerə layiq görülüb.

   Çıxış edənlər qonaqlar şagirdlərin  gələcəkdə Vətənə layiqli əsgər və yetkin vətəndaş olacağına əminliklərini ifadə ediblər.

   Sonda I yeri tutan komandamıza kubok, digər yerləri bölüşdürən komandalara isə diplom verilib.

   Komandamızı qələbə münasibətilə təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi