Əlifba bayramı qeyd edilib

  Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur. Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır. Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.

  Məktəbin 1 "B" sinif şagirdləri də İyunun 1-də ənənəvi “Əlifba” bayramını keçiriblər. Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılıblar. Əlifba bayramı məktəbimizin akt zalında keçirilmişdir. Sinif rəhbəri Sevinc Hüseynova  tədbir iştirakçılarını salamlayaraq bu gün 1-cilərin bir neçə ay ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirəcəklərini qeyd edib. Balaca məktəblilərin ifasında bir neçə milli və xarici rəqslər də nümayiş etdirilib. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.

  Sonda söz məktəbin direktoru Kəmalə Rəsulovaya verilib. O, bildirib ki, bu gün şagirdlər öyrəndikləri bilik və bacarıqlarının qələbəsini bayram edir.Mən bu münasibətlə onları təbrik edirəm. Hər şeyin başlanğıcı çətin olur və şagirdlər bu çətin başlanğıcın öhdəsindən uğurla gəliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi