Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş fləşmob

  Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 

  Məktəbdə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş fləşmob keçirilib. 1 "A" sinif şagirdlərinin iştirak etdiyi fləşmob şagird və müəllim kollektivi tərəfindən maraqla qarşılanıb. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri Samara Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında qonaqlara qısa məlumat verib. 

  Daha sonra söz balaca məktəblilərə verilib. Uşaqlar tərəfindən maraqlı şeirlər səsləndirilib. Sonra məktəblilər hazırladıqları rəqs kompozisiyalarını nümayiş etdirib.      Şagirdlər tərəfindən  havaya rəmzi olaraq rəngli şarlar və sülh göyərçinləri uçurulub.

  Sonda məktəbin direktoru Kəmalə Rəsulova bütün məktəbliləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi