Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş sərgi

  2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 

  Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

  Bu gün məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məktəbimizin həyətində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib. Azərbaycan Respublikasının uğurlu inkişafı və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı rəsmlərin yer aldığı sərgi maraqla qarşılandı. Sərgidən görüntüləri təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi