20 Yanvar faciəsinin 26-cı ildönümü.

Yanvarın 13-də 210 №li məktəbdə 20 Yanvar faciəsinin 26- cı ildönümü münasibətilə tədbir keçirildi.Tədbirdə Respublika Veteranlar Təşkilatı Gənclərin Vətənpərvərliyi şöbəsinin rəisi polkovnik Adil Haqverdiyev, baş mütəxəssislər Emin Həsənli və Nəbi Hacıyev, Nizami rayon Veteranlar Təşkilatının sədri Yəhya Ağayev və başqaları iştirak etdilər.Məktəbin direktoru Yaşar Mirzəliyev və qonaqlar 1990-cı ilin 20 yanvar hadisələri haqqında toplantı iştirakçılarına məlumat verdilər.Sonra şagirdlərin ifasında kompozisiya təqdim olundu,film nümayiş etdirildi.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi