Şagirdlərin "my dreams" adlı tədbiri

  Mayın 16-da məktəbin akt zalında şagirdlərin növbəti maraqlı tədbiri baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

  "My dreams" adlı tədbirdə şagirdlər bir-birindən maraqlı rəqslər ifa edib, şeirlər söyləyib, səhnəciklər göstəriblər. 9 "B", 8 "A", 3 "C", 3 "A", 3 "Ç" və 1 "A" sinif şagirdlərinin iştirakı ilə təşkil edilən tədbirin rəhbəri ingilis dili müəlliməsi Əhmədova Fatimə idi. Tədbir çərçivəsində şagirdlər tədbirin adına uyğun olaraq öz arzularını səsləndiriblər.

  Sonda  məktəbimizin direktoru Kəmalə Rəsulova tədbirin təşkilində əməyi olan bütün müəllimlərə və şagirdlərə təşəkkürünü bildirib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi