Məktəbimizdə dahi liderin xatirəsi anılıb

Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar siniflərdə  ulu öndərə həsr edilmiş dərslər keçilib, şagirdlərə dahi lider haqqında məlumat verilib, IX siniflər arasında asfaltüstü rəsm çəkilib.

Səhər şagirdlər qəbul edilərkən sırada məktəbin direktoru Kəmalə Rəsulova və tarix müəlliməsi Sevil Qasımova tərəfindən şagirdlərə məlumat verilib, məktəblilərin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafı diqqət mərkəzində saxlanılıb.

Daha sonra siniflərdə ulu öndər Heydər Əliyeva həsr olunmuş dərslər təşkil olunub, müəllimlər ulu öndərin irsinin dərindən və hərtərəfli öyrənilməsinin əhəmiyyətindan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar, şagirdlər tərəfinfən Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi