“Bu günün şagirdi sabahın əsgəridir” devizi altında hərbi paradı keçirilib

9 may 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Bu günün şagirdi sabahın əsgəridir” devizi altında Nizami rayon məktəblilərinin hərbi paradı keçirilib.

Paradda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə, təşkilat, səhiyyə və təhsil ocaqlarının rəhbərləri, habelə rayon ictimaiyyəti, Rayon Veteranlar Şurasının, digər ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.

Məktəbimizin kollektivi, "Şahinlər" komandası və hərbi geyimli kiçikyaşlı şagirdlərimiz də hərbi paradda iştirak edirdilər.

Parad dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, “Bu günün şagirdi sabahın əsgəridir” devizi altında keçirilən paradda 53 komanda olmaqla 800 nəfər məktəbli iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi