Qələbə Gününə həsr edilmiş fləşmob

7 may 2018- ci il tarixində məktəbimizdə maraqlı fləşmob təşkil edilib. 9 may- faşizm üzərində Qələbə gününə həsr edilmiş fləşmobda əvvəlcə tarixi gün haqqında şagirdlərə məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Fləşmobun iştirakçıları 6 "B", 7 "B" və 8 "A" sinif şagirdlər idi. Fləşmobun təşkilatçıları məktəbimizə təcrübə keçmək üçün gəlmiş Dillər Universitetinin  "İngilis dili müəllimliyi" ixtisasının tələbələri Salmanlı Səkinə və Məmmədzadə Aydan idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi