Müsabiqənin II mərhələsi keçirilib

Gənc bioloqların yaradıcılıq müsabiqəsinin  II mərhələsi keçirilib. Müsabiqənin II mərhələsində 12 rayon üzrə, 276 komanda iştirak edib. Komandalar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll ediblər. Hər bir test sualının doğru cavabı 1, məsələ isə 5 balla qiymətləndiriləcək.

II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanacaq. Final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qeyd edək ki, məktəblilərin biologiya elminə  olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X və XI sinif şagirdləri iştirak edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi