“Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans

Aprelin 30-da Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib.

" Azərbaycan Respublikasında peşə təhsili  və təliminin inkişafına dair  Strateşi Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Təhsil Nazirliyi  yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, peşə təhsili və ümumi təhsil müəssisələrinin peşəyönümü işinə məsul müəllimləri ilə yanaşı, bir sıra işəgötürən təşkilatların nümayəndələri də iştirak edib.

Tədbirin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi, qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək peşə təhsili barəsində ictimai məlumatlılığın artırılması istiqamətində ümumtəhsil məktəblərinin rolundan danışıb, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi