"We Love English" adlı tədbir keçirildi

Məktəbimizdə təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması məqsədi ilə fəaliyyət planına uyğun olaraq fənn aylıqları keçirilir.

İngilis dili aylığı çərçivəsində məktəbimizin akt zalında "We love english"  adlı tədbir keçirildi. Fənn müəllimi Əliyeva Nuriyyə tərəfindən təşkil olunan tədbirdə 7 "C" sinif şagirləri fəallıqları ilə seçilirdi.

Tədbirdə ingilis dilində şeirlər, musiqilər səsləndirildi və şagirdlər tərəfindən müxtəlif səhnəciklər və rəqs kompozisiyaları nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi