Məktəbimizdə “Ümumi təhsildə keyfiyyət ili”nin əsas tədbirləri

Məktəbimizdə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində silsilə tədbirlər keçirilir. Məktəbimizdə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, “Açıq dərs”, müsabiqə və yarışlar təşkil edilir. Həmçinin, məktəbdaxili monitorinqlər, dərs dinləmələri, təlimlər, əlavə məşğələlər, valideynlər üçün “Açıq qapı” günləri  və digər tədbirlər keçirilir. 

2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsində əsas məqsəd ümumi təhsil sahəsində müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə ümumi təhsil müəssisələrini, məktəb pedaqoji kollektivlərini səfərbər etmək və təhsildə keyfiyyəti təmin etməkdən ibarətdir.

 Məktəbimizdə mütəmadi olaraq “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəblilər üçün tarixi məkanlara, ali təhsil ocaqlarına, istehsal müəssisələrinə və digər yerlərə ekskursiyalar təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi