İngilis dilində nümunəvi dərs keçirildi

Müasir dərs müəllimdən fəal təlim mühiti yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxış yolu tapmaq kimi bacarıqlar formalaşdırmağı tələb edir. Ənənəvi dərsdən fərqli  olaraq müasir dərsin tələbləri şagirdlərin idrak fəaliyyətinin formalaşmasına yönəldib. Məktəbimizdə dərs deyən müəllimlər də siniflərdə fəal təlimin üsullarından istifadə etməyə çalışırlar. Hazırlanan elektron dərs vəsaitləri əsl təlim mühiti, dərsin daha yaxsı mənimsənilməsi üçün şərait yaradır. Belə ki, şagirdlər eşitməklə bərabər dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu  daha yaxşı mənimsəyir. 

Belə nümunəvi dərslərdən biri də 24 aprel tarixində 7 "A" sinfində keçirilib. Rəqs haqqında keçirilən dərsdə milli və beynəlxalq rəqslərdən danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi