Məktəblilərin Zahid Xəlil ilə görüşü

Məktəbimizdə “Oxu həftəsi”nə start verilib.  “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir. Hər il olduğu kimi bu ildə məktəbimizdə  “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil edilir. 

23 aprel 2018- ci il tarixində isə Zahid Xəlil məktəbimizin qonağı olub. Məktəblilərin ifasında Zahid Xəlil yaradıcılığını əks etdirən səhnəciklər göstərilib və şeirlər səsləndirilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi