Məktəbimizin “Milli Qəhrəmanlar” guşəsi

Milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədi ilə məktəbimizdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Guşədə Vətənin ağır günlərində sinəsini düşmən gülləsinə sipər edən, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Vətən övladlarına yer verilib.

Qeyd edək ki, məktəblərdə  “Milli Qəhrəmanlar” guşəsinin yaradılması layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi