“Coca-Cola Məktəbli Kuboku”nda II yer

Artıq neçə ildir ki, "Coca-Cola" şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "School Cup" ("Məktəbli Kuboku") turniri keçirilir. Turnirdə VII və IX siniflərdə təhsil alan gənc futbolçular iştirak edir. Turnir Azərbaycanın 74 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edir.

16 aprel 2018- cil tarixdə Nizami rayonu üzrə “Coca-Cola Məktəbli Kuboku”nun final oyunu keçirilib, məktəbimizi təmsil edən komanda 2- ci yer tutduğuna görə diplomla təltif edilib  Şagirdlərimizi təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzu edirik. 

Gələcəyin çempionlarını "Coca-Cola Məktəbli Kuboku" turnirinə əzmlə hazırlaşdıran məşqçilər təşkilatçılara minnətdarlığını bildirib və adıçəkilən yarışın keçirilməsinin böyük əhəmiyyətini vurğulayıblar.

Tədbirdə iştirak edən qonaqlar bildiribki, gənc futbolçuların əksəriyyəti üçün belə bir turnirdə iştirak idmana, sağlam həyat tərzinə marağı artırır, dünyagörüşünü genişləndirməyə, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılarla təcrübə mübadiləsi aparmağa fürsət yaradır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi