Şəhidlərimiz unudulmur

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. "Aprel döyüşləri" də həmin hadisələrdən biridir. "Aprel döyüşləri" və "Aprel şəhidləri" heç bir zaman unudulmur.

Məktəbimizdə də mütamadi olaraq şəhidlərimiz yad edilir və şagirdlərə şəhidlər haqqında məlumat verilir. 1"B" sinfində də şəhidlərimiz anılıb. Sinif rəhbəri Sevinc Hüseynova tərəfindən hazırlanan təqdimata baxan şagirdlər məktəbizin məzunu olan şəhidlərimiz-  Tural Dadaşov  və Urfan Vəlizadə haqqında ətraflı məlumat əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi