Məntiq olimpiadasında fərqlənən şagirdlərimiz

Məktəbimizin VII sinif şagirdləri Qurbanova Sevil Anar qızı, Məmmədbəyli Zaur Nurəddin oğlu və Moylayev Hüseyn Xosrov oğlu Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında fəal iştirakına görə sertfikatla təltif olunub. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri əsasında BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi