Aprel şəhidləri anılıb

 

2 aprel 2018-ci il tarixdə siniflərdə "Aprel döyüşləri" və "Aprel şəhidləri" anılıb. Hadisə haqqında şagirdlərə məlumat verən müəllimlər bildiriblər ki,  Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtət rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtət rayonunun Qazaxlar kəndi və Tərtət rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Aprel şəhidləri haqqında danışan müəllimlər bildiribki, 210 nömrəli tam orta məktəbin məzunları olan Tural Sabir oğlu Dadaşov və Urfan Üzeyir oğlu Vəlizadə də aprel döyüşlərində həlak olan şəhidlərimiz sırasındadır.

Daha sonra məktəbimizin məzunu olan şəhidlər haqqında məktəblilərə geniş məlumat verilib.

Tural Sabir oğlu Dadaşov  24 avqust 1993-cü ildə Bakı şəhərində anadan olub. Məktəbimizin məzunu 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb.

2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tural Dadaşov həmdə ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edildi.

Urfan Üzeyir oğlu Vəlizadə 1 noyabr 1978- ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan Vəlizadə burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb

.2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Təbriz Musazadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Məktəbimizdə hər zaman  “Aprel döyüşləri” və “Aprel şəhidləri”  ilə bağlı anım tədbirləri həyata keçirilir. Tədbirlərimizin əsas məqsədi qəhrəman döyüşçülərimizi, hərbiçilərimizi şagirdlərə tanıtmaq və şəhidlərimizin xatirəsini yaşatmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi