Şagirdlərin oxu bacarığının inkişafı yoxlanılır

İbtidai siniflərdə oxu bacarığı iki istiqamətdə inkişaf etdirilir:

1. Oxu texnikasının inkişafı (sürətli, ifadəli oxu).

2. Oxuyub anlama bacarığının inkişafı (şüurlu oxu).

Birinci istiqamət, adından da göründüyü kimi, texniki məsələdir, onu tədris prosesində reallaşdırmağın öz üsulları var və bu istiqamət ibtidai təhsilin müəyyən mərhələsində sona çatır. İkinci istiqamət (şüurlu oxu) daha mürəkkəb prosesdir. Mətni qavrama bacarığı orta məktəbin sonuna kimi inkişaf etdirilir.

Məktəbimizdə hər iki istiqamətdə ibtidai sinif şagirdlərinin oxu bacarığı inkişaf etdirilir və mütəmadi olaraq oxu bacarığının inkişafı yoxlanılır.

2 aprel 2018- ci il tarixdən məktəbimizin rus bölməsində təhsil alan ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafının yoxlanılmasına start verilib. Yoxlama zamanı məlum olur ki, şagirdlər göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq normativi yerinə yetirməkdə çətinlik çəkən az sayda şagirdlər də var. Bununla əlaqədar olaraq həmin siniflərin müəllimlərinə tapşırıldı ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və növbəti aylarda həmin şagirdlərin oxu bacarığının yenidən yoxlanılması nəzərdə tutulur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi