Şagirdlərimiz dulusçuluq, heykəltəraşlıq və xalçaçılıq emalatxanasında

1 aprel 2018-ci il tarixdə məktəbimizin  5 "A" sinif şagirdləri dulusçuluq, heykəltəraşlıq və xalçaçılıq emalatxanasında master-klass dərslərdə iştirak etdilər. Şagirdlərin də həvəslə iştirak etdiyi dərsin təşkil edilməsində əsas məqsəd məktəblilərə bu işlərin tarixi və incəliklərri haqqında daha ətraflı məlumat verməkdir.

Şagirdlərin nəzərinə çatdırıldı ki, Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə, Xalçaçılıq isə kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Şagirdlər bir daha şahidi oldu ki, dulusçuluq Azərbaycanda  sənətkarlıq istehsalının ən qədim sahələrindən biri olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır.  Azərbaycan xalçaları da həmçinin özündə Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi